“Atlas Boya Kimya Sənaye” şirkətinin qanuni təmsilçisinin ölkədən çıxışı məhdudlaşdırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsi qətnamə qəbul edib.
Buna səbəb şirkətin vergi borcunun olmasıdır. Şirkət borcu ödəmədiyindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib.
Qurum ərizəsində şirkət rəhbərinin ölkədən şıxışına “stop” qoyulmasını xahiş edib.
Hazırda “Atlas Boya Kimya Sənaye” şirkətinin 9 063,27 manat vergi boruc var.
Şirkətin qanuni təmsilçisi isə Həsənov Salam Mirmusa oğludur.
Hüseyn