"Sağlamlığı qorumaq üçün insana yaxşı yuxu və sağlam stress lazımdır".
HİT.az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Piroqov Universitetinin Rusiya Gerontoloji Elmi-Klinik Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Olqa Tkaçova deyib.
O, orta hesabla altı saatdan səkkiz saata qədər yatan insanların ömrünün uzun olduğunu qeyd edib:
"Yəni, altı saatdan az pisdir və səkkiz saatdan çox da proqnozu pisləşdirir".
Bundan əlavə, ömrü uzatmaq üçün bədən üçün faydalı olan stress olan harmesis lazımdır. Gerontoloq buna misal olaraq aşiq olmağı göstərib.
Tkaçeva əlavə edib ki, sağlamlığı qorumaq üçün koqnitiv təlim, qidalanma və fiziki fəaliyyətin tarazlığı və xroniki xəstəliklərin qarşısının alınması lazımdır.
Samir