AZ

Azərbaycan və Belarus birgə hərbi sənaye məhsulları istehsal edəcək

Belarus və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq strateji xarakter daşıyır.

Yaxın gələcəkdə Azərbaycan və Belarus arasında hərbi sənaye sahəsində birgə məhsulların istehsalına başlanacaq.

Operativ Media xəbər verir ki, bu barədə Bakıya rəsmi səfər çərçivəsində gəlmiş Belarusun Baş naziri Aleksandr Turçinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yer alan Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus məlumat verib.

D.Pantus bildirib ki, Belarus və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq strateji xarakter daşıyır və uzun illərə əsaslanan tarixi bir tərəfdaşlıq mövcuddur: "Belarus və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq strateji xarakter daşıyır və uzun tarixi ilə məşhurdur, ona görə də biz planlı və sistemli şəkildə işi davam etdiririk", – deyə o qeyd edib.  

Komitə sədri əlavə edib ki, hazırda Azərbaycan ərazisində hərbi təyinatlı məhsulların birgə istehsalı üzrə layihələr müzakirə edilir.

Bu istiqamətdə işlər davam etdirilir və yaxın gələcəkdə konkret nəticələrin əldə olunacağı gözlənilir: "Bu iş davam edir və yaxın gələcəkdə Azərbaycanın hərbi sənaye korpusu ilə birgə məhsullarımız olacaq", – Pantus vurğulayıb.  

Səfər çərçivəsində hər iki ölkənin nümayəndə heyətləri arasında sənaye və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra görüşlərin keçirildiyi bildirilib.

Seçilən
0
12
operativmedia.az

10Mənbələr