AZ

Trampın Putinin Ukraynada üç günlük atəşkəs təklifinə REAKSİYASI - VİDEO

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynada üç günlük atəşkəs elan etmək qərarını yüksək qiymətləndirdiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Bildiyiniz kimi, prezident Putin indicə üç günlük atəşkəs elan etdi. İlk baxışda uzun müddət görünmür, amma hər şeyin haradan başladığını xatırlayanda bu, əslində böyük nailiyyətdir", - deyən Tramp, sələfi Co Baydenin Putinlə üç il danışmadığını xatırladıb.

Amerika prezidenti həmçinin əlavə edib ki, o, Ukrayna münaqişəsinin hər iki tərəfinin bunu həll etmək istədiyinə inanır.

QAZİLER.AZ

Seçilən
0
qaziler.az

1Mənbələr