Rumıniyanın baş naziri Marçel Çolaku istefa verdiyini açıqlayıb.
Bu barədə “Associated Press” agentliyi xəbər verib.
“Gələcək prezidentin məni əvəz etməsinə icazə vermək əvəzinə, özüm istefaya getməyə qərar verdim”, – deyə o bildirib.
Onun qərarı hakim koalisiyanın namizədi Krin Antoneskunun birinci turdan bir gün əvvəl prezidentlik yarışından çıxmasından sonra verilib.
Qeyd edək ki, mayın 4-də Rumıniyada prezident seçkilərində səsvermənin birinci turu keçirilib. Nəticədə ifrat sağçı “Rumınların Birliyi Naminə Alyans” partiyasının rəhbəri Corce Simion və müstəqil namizəd, Buxarest meri Nikuşor Dan ikinci tura keçiblər