16:00
Rusiyanın Mahaçqala şəhərində naməlum şəxslər polislərə hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində iki polis əməkdaşı həlak olub.
Hücum edən silahlı şəxslərdən biri öldürülüb, digəri isə qaçıb. Onun tutulması istiqamətində tədbirlər görülür.
***
Mahaçqalada polis əməkdaşlarına hücum edən iki nəfər olub, hər ikisi zərərsizləşdirilib.
Bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Hücum edən iki nəfər olub. Cəmi iki nəfər! Hər ikisi zərərsizləşdirilib. Dörd hücumçunun olması barədə məlumat doğru deyil", - məlumatda vurğulanıb.
Qeyd edək ki, hücum zamanı iki polis ölüb, ikisi polis olmaqla, 5 nəfər ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.