Tanınmış baş məşqçi Xorxe Sampaoli "Barselona"nın vingeri Lamin Yamalın perspektivlərindən danışıb.
90deqiqe.Az xəbər verir ki, argentinalı mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.
"Ümid edirəm. Onun "Qızıl top"u qazanmasını istərdim, çünki o, ancaq futbolla maraqlanır - şikayətlənmir, sadəcə oynamaq istəyir. Yamal matçın hər dəqiqəsindən nəsə göstərmək üçün istifadə etməyə çalışır. Onda cəsarət görürəm və buna görə də o, belə möhtəşəm oynayır"
17 yaşlı futbolçu “Qızıl top”a əsas namizədlərdən biri hesab olunur.
Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində 50 oyunda 15 qol vurub və 24 məhsuldar ötürmə edib.