Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumunun yekunları üzrə 18,9 milyon dollar dəyərində müqavilələr imzalanıb.
“Report” xəbər verir ki, bu barədə Belarus Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikov jurnalistlərə açıqlamasında bildirib.
M.Myatlikovun sözlərinə görə, ümumilikdə 12 sənədə imza atılıb, onlardan üçü onlayn şəkildə qəbul olunub.
"Razılaşdığımız kimi, biz Azərbaycandan olan tərəfdaşlarımızı iyunda keçiriləcək "Belagro" sərgimizdə gözləyirik. Onlar iştiraklarını təsdiqləyiblər. Biz isə onların mayın 13-dən 16-dək "Caspian Agro" beynəlxalq sərgisində iştirak edəcəyik. Belarusdan olan 17 müəssisə artıq öz ərizələrini təsdiqləyib və onlar Bakıda yeni məhsullarını təqdim edəcəklər", - o deyib.