"Barselona" klubu ilə yarımmüdafiəçi Frenki de Yonq arasında yeni müqavilə ilə bağlı danışıqlar davam edir.
90deqiqe.Az xəbər verir ki, hər iki tərəf əməkdaşlığı davam etdirməyə ümid etsə də, hələlik razılıq əldə olunmayıb.
Bu arada Səudiyyə Ərəbistanının nəhəng klubu “Əl İttihad” vəziyyəti yaxından izləyir. Hələlik de Yonqla birbaşa əlaqə qurulmasa da, futbolçunun “Barselona” ilə razılaşmaması halında “Əl İttihad”ın konkret addım atacağı gözlənilir.
Frenkie de Yonqin "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Nüfuzlu “Transfermarkt” portalının ekspertlərinin fikrincə, 27 yaşlı yarımmüdafiəçinin dəyəri 45 milyon avrodur.