AZ

İsveçrədə inflyasiya aprel ayında 0%-ə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrədə illik inflyasiya aprel ayında gözlənildiyindən daha çox azalaraq 0%-ə düşüb.

Banco.az xəbər verir ki, İsveçrə Statistika İdarəsi (FSO) aprel ayına dair ilkin inflyasiya göstəricilərini açıqlayıb.

Buna görə, İsveçrədə illik əsasda mart ayında 0,3 faiz olan İstehlak Qiymətləri İndeksi (İQİ) aprel ayında 0 faizə düşüb. Proqnozlara görə, inflyasiyanın apreldə 0,2 faizə enməsi gözlənilirdi.

Beləliklə, inflyasiya son dörd ilin ən aşağı səviyyəsinə düşüb və İsveçrə Milli Bankının (SNB) qiymət sabitliyi üçün müəyyən etdiyi 0–2 faiz hədəf aralığının ən aşağı həddində qərarlaşıb.

Ölkədə İQİ aylıq əsasda isə dəyişməyib.

Otel və istirahət məqsədli yerləşmə qiymətləri ümumilikdə azalıb və bu da geyim və tərəvəz qiymətlərindəki artımı balanslaşdırıb.

İsveçrədə ərzaq və enerji kimi dəyişkən qiymətləri nəzərə almayan əsas inflyasiya göstəricisi isə apreldə 0,6 faiz olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
0
1
banco.az

2Mənbələr