ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynada üç günlük atəşkəs elan etmək qərarını yüksək qiymətləndirdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Münaqişənin həllinə haradan başlamalı olduğumuzu nəzərə alsaq, bu, artıq çoxdur”, – Tramp atəşkəs təklifini şərh edərkən deyib.
Amerika prezidenti əlavə edib ki, o, Ukrayna münaqişəsinin hər iki tərəfinin onun həll olunmasını istədiyinə inanır.
Aprelin 28-də Putin Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd olunması müddətində atəşkəs elan edib. Tam atəşkəs mayın 7-dən 8-nə keçən gecə yarısından mayın 10-dan 11-nə keçən gecə yarısına qədər qüvvədə olacaq.