AZ

ABŞ geri qayıtmaq istəyən immiqrantlara 1000 dollar verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da Donald Tramp administrasiyası öz istəkləri ilə ölkələrinə qayıdacaq qeyri-qanuni mühacirlərə 1000 dollar yardım edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin verdiyi məlumata görə, federal hökumət qeyri-qanuni miqrantların geri dönüşlərini sürətləndirmək üçün yeni bir addım atır.

Buna əsasən, ABŞ-da qeyri-qanuni şəkildə yaşayan və öz ölkələrinə qayıtmaq istəyən qeyri-qanuni miqrantlara "səyahət yardımı" çərçivəsində min dollar veriləcək.

Nazirlik bu dəstək vasitəsilə bəzi qeyri-qanuni miqrantların daha tez geri dönmək qərarı verəcəyinə ümid edir.

Donald Tramp 20 yanvarda prezidentlik vəzifəsinə başladığı gün imzaladığı prezident fərmanı ilə ABŞ-Meksika sərhədindən qeyri-qanuni miqrant axınının qarşısını tamamilə almaq məqsədilə ölkədə fövqəladə vəziyyət elan etmiş və həmin tarixdən etibarən sərhəddə yaxalanan şəxslər deportasiya olunmağa başlanmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
0
1
banco.az

2Mənbələr