Rumıniyanın Baş naziri Marçel Çolaku istefa verdiyini açıqlayıb. İstefa millətçi müxalifət lideri Corce Simionun prezident seçkilərinin birinci turunda qalib gəlməsindən və Çolakunun öz namizədinin mübarizədən çıxmasından sonra baş verib.
Referans xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Çolaku mərkəz-sol Sosial-Demokrat Partiyasının Avropa yönümlü koalisiyadan çıxdığını və faktiki olaraq koalisiyanın sona çatdığını bildirib. Hökumət nazirləri isə müvəqqəti vəzifələrini davam etdirəcəklər.
Xatırladaq ki, mayın 4-də keçirilən seçkilərdə sağçı Corce Simion təxminən 41 faiz səs toplayıb və mayın 18-də keçiriləcək ikinci turda Buxarestin meri, müstəqil mərkəzçi Nikuşor Dan ilə prezident postu uğrunda mübarizə aparacaq. Koalisiya namizədi Krin Antonesku üçüncü yeri tutub./globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta