AZ

“Barselona”nın baş məşqçisi gənc futbolçunu “dahi” adlandırdı

BAKI, 5 may. TELEQRAF

Lamin dahidir. Onun gördüyü iş inanılmazdır.

Teleqraf xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Hansi Flik deyib.

Çalışdırıcı UEFA Çempionlar Liqasında (ÇL) “İnter”ə qarşı keçirəcəkləri oyun öncəsi komandanın 17 yaşlı yarımmüdafiəçisi Lamin Yamal haqda xoş sözlər deyib: “İnter”lə ilk oyunda Lamin bizi çətin vəziyyətdən çıxardı. O, belə oyunu daim göstərməlidir. İtaliyada qələbə qazanaraq, finala çıxmaq istəyirik”.

Qeyd edək ki, “Barselona” ÇL-in yarımfinal mərhələsinin ilk oyununda “İnter”lə 3:3 hesablı heç-heçə edib. Cavab görüşü sabah Milanda baş tutacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr