ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsində üçgünlük atəşkəs təklifinə reaksiya verib.
KONKRET.az xəbər verir ki, o, bu addımı müsbət qiymətləndirib.
“Bu, artıq çox şeydir, əgər münaqişənin həlli üçün başlanğıc nöqtəsini nəzərə alsaq bunu rahatlıqla deyə bilərik” ,- deyə ABŞ prezidenti qeyd edib.
Trampın sözlərinə görə, Ukrayna ilə münaqişənin nizamlanması istiqamətində atılacaq hər bir addım müsbət dəyişikliklərə səbəb ola bilər. Tramp həmçinin, münaqişənin başlanğıcında qarşılaşılan çətinlikləri nəzərə alaraq, atəşkəsin bu mərhələdə əldə olunan ən yaxşı nəticə olduğunu vurğulayıb.
O, həmçinin, Rusiya ilə daha çox sülh danışıqlarına açıq olduğunu və ABŞ-ın münaqişənin həllində daha fəal iştirak etməli olduğunu qeyd edib. Onun sözlərinə görə, sülh müzakirələrində iştirak etmək ABŞ-ın milli maraqlarına cavab verir və dünya üçün daha sabit gələcək təmin edə bilər.
Putinin üçgünlük atəşkəs təklifi, müharibənin başlanmasından sonra ilk dəfədir ki, belə bir diplomatik addım atılır. Bu təklif, həmçinin Ukrayna və Rusiya arasında müharibə başlamazdan əvvəlki qarşılıqlı münasibətləri bərpa etməyə ümid edənlərin diqqətini cəlb edib. Lakin bir çox müşahidəçi hələ də bu təklifin praktikaya keçirilməsi ilə bağlı şübhələrini bildirir, çünki münaqişənin tərəfləri hələ də bir-birinə qarşı kəskin mövqelər tuturlar.
Natiq Səlim,
KONKRET.az