AZ

"Tanıdığım ən dürüst insanlardan biridir" - Qurban Qurbanov Balakişi Qasımov barədə

Balakişi Qasımov ölkəmizdə "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu kimi tanınıb. Bu intellektual şəxs İctimai TV-yə rəhbər gəldikdən sonra telekanal parlaq dönəmini yaşamağa başlayıb. Bir çox sahələr kimi telekanalda idman verilişlərinə, xüsusilə futbola da geniş yer ayrılıb. 

Hal-hazırda İTV maraqlı futbol verilişləri ərsəyə gətirir ki, həmin layihələr böyük auditoriya tərəfindən də bəyənilir və izlənilir. Təbii ki, maraqlı müzakirələr aparılan proqramlarda tənqidi fikirlər də səsləndirilir. 

"Qarabağ" - "Sumqayıt" matçından sonra İTV-də ölkə çempionunun ünvanına deyilən tənqidi fikirlərlə bağlı Qurban Qurbanova sual verilib. Bu tənqidlərdə telekanalın rəhbəri Balakişi müəllimin təsiri ehtimalını da soruşublar. Qurban Qurbanov Qasımov haqqında yüksək fikirdə olduğunu deyib, onun insani keyfiyyətləri barədə danışıb:

"Balakişi Qasımov mənim tanıdığım ən dürüst insanlardan biridir. İnanmıram ki, o belə göstəriş versin. İctimai TV-yə gəlincə, orada qonaq olmayan jurnalist, futbol mütəxəssisi görməmişəm. İnsanların fikri azaddır. Bu, o demək deyil ki, Balakişi müəllim belə fikir formalaşdırmaq tapşırığı verib". Qeyd edək ki, Balakişi Qasımov İTV telekanalının rəhbəri olmaqla yanaşı, həm də AFFA-nın vitse-prezidentidir. 

saytlarin hazirlanmasi

Seçilən
0
1
sportal.az

3Mənbələr