AZ

Pakistanlı işçilər artıq Belarusdadırlar..?

Belarus mediasının yazdığına görə, son zamanlarbu ölkəyə gələn miqrantların sayı xeyli çoxalıb.

SİA-nın məlumatına görə, bu dəfə pakistanlıları mağazada Bobruisk internet portalının “Bobr.by” jurnalisti qarşılayıb. Məlum olub ki, Pakistandan gələn miqrant işçilər illik müqavilə əsasında işləyirlər.

Onların dediyinə görə, gəlmə pakistanlılar Belarusun mişar zavodunda işləyirlər.

Xatırladaq ki, bir neçə həftə əvvəl, Pakistanın baş naziri Şahbaz Şəriflə görüşdən sonra Aleksandr Lukaşenko Pakistandan 150 minə qədər mütəxəssis qəbul etməyə hazır olduğunu bəyan edib.

Onun sözlərinə görə, Pakistan işçi qüvvəsi Belarusun Vitebsk, Qomel və Mogilev vilayətlərində qəbul olunmağa hazırdır.

Əli Babayev

Seçilən
0
1
sia.az

2Mənbələr