BAKI, 5 may. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonda danışıb.
Teleqraf xəbər verir ki, R.T.Ərdoğan təəssüratını sosial şəbəkə hesabında bölüşüb.
O yazıb: "Bu gün ABŞ rəhbəri, dəyərli dostum Donald Trampla telefon söhbətimiz çox səmərəli, məzmunlu və səmimiydi".
Söhbət zamanı Qəzzada vəziyyət, Suriya, Rusiya - Ukrayna münaqişəsi, dünya ticarəti, İran-ABŞ məsələləri də daxil olmaqla bir sıra problemlər müzakirə olunub.
Prezidentlər Türkiyə-ABŞ münasibətlərinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Türkiyə rəhbəri bildirib: "Prezident Trampın dünyamızda baş verən münaqişə və müharibələr bitirmə istiqamətindəki cəhdlərini təqdir etdiyimi, Türkiyə olarak bölgəmizdə sülh ortamının bərqərar olması üçün lazımi dəstəyi verməyə hazır olduğumuzu vurğuladım. Dəyərlidostumu ən qısa zamanda Türkiyədə qarşılamaqdan böyük məmnunluq duyacağımı ifadə etdim, o da bizləri ABŞ- yə dəvət etdi".