Rumıniyanın baş naziri Marçel Çolaku istefa verdiyini elan edib.
Bizim.Media xəbər verir ki, hökumət başçısı bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Çolaku deyib ki, bu qərarı Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrindən sonra verdiyini açıqlayıb. Bildirib ki, hakim koalisiyanın prezident seçkilərində öz namizədini irəli sürərək qalib gəlmək məqsədi həyata keçməyib.
O, rəhbərlik etdiyi Sosial-Demokrat Partiyasının (SDP) hakim koalisiyadan çıxacağını da açıqlayıb.
Qeyd edək ki, mayın 4-də prezident seçkilərinin ilk turu keçirilib və milliyyətçi “Rumıniyanın Birləşməsi Alyansı” (AUR) partiyasının lideri Corce Simion 41 faiz səslə birinci yeri tutub. Seçkilərin ikinci turu mayın 18-də baş tutacaq.
Bizim.Media