İraqın cənub və qərb vilayətlərində təsirini göstərən güclü qum fırtınası Kərkük şəhərində də ciddi fəsadlara səbəb olub. Şəhərdə 94 nəfər nəfəs darlığı keçirərək xəstəxanaya yerləşdirilib.
Redaktor.az xəbər verir ki, Kərkük Səhiyyə İdarəsinin verdiyi məlumata görə, fırtına zamanı onlarla insanın nəfəs almaqda çətinlik çəkdiyi bildirilib. Təcili yardım xidmətləri dərhal müdaxilə edib.
Hazırda vəziyyətin nəzarət altında olduğu, xəstəxanaya yerləşdirilən şəxslərin bir qisminin evə buraxıldığı açıqlanıb.
Kənan YUSİF