AZ

Sulşer “Mançester Yunayted”in rəhbərliyini tənqid etdi

“Mançester Yunayted”in norveçli keçmiş hücumçusu və sabiq məşqçisi Ole Qunnar Sulşer İngiltərə klubunun rəhbərliyini tənqid edib.

Arena.az xəbər verir ki, norveçli mütəxəssis “qırmızı şeytanlar”ın məzunu, 28 yaşlı şotland mərkəz yarımmüdafiəçisi Skott Maktomineyin, klub rəhbərliyi tərəfindən 2024-cü ilin avqust ayında “Napoli”yə satılması qərarını səhv olaraq qiymətləndirir:

“Mən, sizin Skotu satmağa necə əliniz gəldiyini anlamıram. Skott etibar ediləcək və meydanda yüz faiz can qoyan futbolçumuz idi. Skotu necə satmaq olardı axı? Bu, mənim dərk hüdudlarım xaricindədir”, deyə Sulşer narazılıqla bildirib.

Norveçli mütəxəssis İngiltərə klubunun cari mövsümdəki tarixən ən uğursuz nəticələrinə də münasibətini açıqlayıb:

“Mançester Yunayted” – mənim ailəmdir. Bu klub həmişə mənim bir hissəm olacaq. Amma mənə, baş verənlərə baxmaq ağır gəlir, çünki bu, sənin ailənin çətinliklər yaşaması kimidir”.

Xatırladaq ki, 35 oyundan 39 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümünün yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda isə “qırmızı şeytanlar” Bilbao səfərində yerli “Atletik”i 3:0 heabı ilə məğlub ediblər. Mayın 8-də cavab oyunu çərçivəsində Ruben Amorimin “Mançester Yunayted”i “Atletik”i “Old Trafford”da qəbul edəcək və yarışın finalına yüksəlməyə çalışacaq.

Məhz Avropa Liqasında qalibiyyət “Mançester Yuanyted”ə növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirakını təmin edə bilər.

Seçilən
0
arena.az

1Mənbələr