Rumıniyanın Baş naziri və Sosial-Demokrat Partiyasının lideri Marsel Çolaku istefa verib.Bu barədə “Digi24" xəbər verir.
Bu, prezident seçkilərinin birinci turunun nəticələrindən sonra baş verib.
"Dekabrda koalisiya hökuməti iki məqsədlə quruldu: sabit hökuməti təmin etmək və Rumıniyada keçirilən prezident seçkilərində qalib gələcək namizədi irəli sürmək. İki məqsəddən biri bizi iflasa uğratdı. Dünən rumınların necə səs verdiyini gördük, bu da o deməkdir ki, hakim koalisiyanın legitimliyi yoxdur. Mən həmkarlarıma təklif etdim ki, koalisiyanı tərk etsinlər”, - Çolaku bildirib.
O, həmçinin vurğulayıb ki, ikinci turda iki namizəddən heç birinə açıq şəkildə dəstək verməməyi seçib.