AZ

Hərbçilərimiz Moskvada Qələbə paradında iştirak edəcək

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev mayın 9-da Qələbə Paradında iştirak etmək üçün Moskvaya gəlmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbçiləri ilə görüşüb.

Qaziler.az xəbər verir ki, bu barədə “NEWS.ru” portalında xəbər dərc olunub.

Diplomatik missiyanın rəhbəri Azərbaycan hərbçilərinin paradda iştirakını Böyük Vətən müharibəsində həlak olan Azərbaycan əsgərlərinin xatirəsinə ehtiram kimi qiymətləndirib.

“Məhz siz bu təntənəli gündə Qələbə bayrağımızı Moskvanın mərkəzi meydanından keçirmək, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə öz müstəqilliyini və suverenliyini müdafiə edən Azərbaycan xalqının mərdliyini, mətanətini və qətiyyətini bütün dünyaya nümayiş etdirmək şərəfinə nail oldunuz”, - Mustafayev deyib.

O vurğulayıb ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsində qazandığı qələbədən sonra ilk dəfə olaraq Azərbaycan hərbi qulluqçuları Qızıl Meydanda parad şəklində yürüş edəcəklər.

Diplomat əlavə edib ki, Azərbaycan apardığı balanslaşdırılmış xarici siyasət sayəsində regionda sabitliyə mühüm töhfə verir.

QAZİLER.AZ

Seçilən
0
38
qaziler.az

10Mənbələr