AZ

Maynyan pula görə "Milan"ı tərk edə bilər

Qapıçı Mayk Maynyanın “Milan” klubundakı gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, İtaliya klubu fransalı qapıçıya mövsümə 4,5 milyon avro məvaciblə yeni müqavilə təklif edib. Lakin bu məbləğ Maignanın gözləntilərindən xeyli aşağıdır. Belə ki, 29 yaşlı futbolçu illik 6,5-7 milyon avro civarında maaş almaq istəyir.

Maaş mövzusundakı bu fərq səbəbilə Premyer Liqa və Bundesliqa klublarının fransalı qolkiperə maraq göstərir.

Xatırladaq ki, fransalı qapıçının “Milan”la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Seçilən
0
90deqiqe.az

1Mənbələr