Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov məşhur "Carlsberg Group"-un nümayəndələri ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə nazir öz sosial şəbəkə hesabında məlumat yayıb.
Müzakirələrimizdə şirkətin Azərbaycanda uğurlu fəaliyyəti, investisiyaların təşviqi istiqamətində görülən işlər, yerli istehsalın genişləndirilməsi, əldə olunan nəticələr və qarşıda duran növbəti addımlar ətrafında müzakirələr aparılıb.
Görüşdə tərəflər arasında 2025–2030-cu illər üçün Anlaşma Memorandumu imzalanıb.
Onun həyata keçirilməsi xammal və qablaşdırma materiallarının lokallaşdırılmasını asanlaşdıracaq, tam yerli istehsalı dəstəkləyəcək və ətraf mühitin mühafizəsini təkmilləşdirəcək.