İngiltərə Premyer Liqasının (İPL) 35-ci turunda öz meydanında çempionluğu təmin etmiş lideri - "Liverpul"u 3:1 hesabı ilə yenən "Çelsi"nin baş məşqçisi Entso Mareska qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "zadəganlar"ın rəsmi saytı belə çatdırıb:
"Məşqçilər korpusunun qələbəni belə çılğınlıqla bayram etməsinin səbəbi budur ki, qalan bütün oyunlarda qalib gəlmək lazımdır. "Liverpul" niyə çempion olduğunu bizə qarşı sərgilədiyi oyunla bir daha göstərdi. Düzü, onlara qarşı sıx müdafiə olunmağı planlaşdırmırdıq. Həmişəki kimi, yüksək pressinq tətbiq etməyi hədəfləmişdik. Amma bəzən rəqib o qədər yaxşı olur ki, dərin müdafiə ən yaxşı çıxış yoluna çevrilir. Oyunçularımız işlərinin öhdəsindən lazımınca gəldilər".
Xatırladaq ki, hazırda 63 xalı olan "Çelsi" İPL-in turnir cədvəlində 5-ci pillədə mövqe tutub.
Nihat