AZ

KİV: Trampın xarici kinematoqrafiyaya tətbiq etdiyi tariflər ABŞ-yə də təsir edə bilər

ABŞ administrasiyasının xarici kinematoqrafiyaya 100 % gömrük rüsumunun tətbiqi qərarı təkcə dünyada deyil, həm də ABŞ-da kino sənayesinə ziyan vuracaq.

"Report"un xəbərinə görə, bu barədə Böyük Britaniyanın "Financial Times" (FT) qəzetinin məqaləsində yazılıb.

Nəşr müsahibə götürdüyü ekspertlərə istinadən qeyd edib ki, rüsumların tətbiqi ABŞ-də kinostudiyaların xərclərinin və kinoteatrların biletlərinin qiymətlərinin əhəmiyyətli dərəcədə artması ilə nəticələnir. Nəşr Prezident Donald Trampın bəyanatından sonra investorların narahatlıqları səbəbindən Netflix və Disney-in səhmlərinin qiymətlərinin enməsinə işarə edir.

.Ən çox zərər çəkə biləcək ölkələrə Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya daxildir.

Məqalədə qeyd olunub ki, "Screen Producers Australia" (SPA) baş icraçı direktoru Mettyu Diner bu cür ticarət tədbirlərinin bütün dünyada kino sənayesində şok dalğaları göndərəcəyini düşünür.

FT qeyd edir ki, media menecerləri filmlərin sərhədləri fiziki mal kimi keçmək əvəzinə axın platformaları vasitəsilə paylandığı bir dövrdə tariflərin praktikliyi ilə də maraqlanırlar.

Seçilən
0
report.az

1Mənbələr