ain.az bildirir, Azpost portalına istinadən.
Yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri əsasında çəkilmiş “Təhminə” filminə yəqin çoxları baxıb. 1993-cü ildə çəkilib.
Rejissor Rasim Ocaqovun quruluş verdiyi film böyük populyarlıq qazanıb.
AzPost “FOTOXRONİKA” layihəsi çərçivəsində bildirir ki, bu əsər əsasında daha bir film də var. 1996-cı ildə çəkilmiş “Beşmərtəbli evin altıncı mərtəbəsi” filmi.
Film üzərində çox məşhur imzalar işləsə də nədənsə film uğur qazanmayıb.
Ssenari müəllifləri Aqil.M.Quliyev və Ülviyyə Könül olub.
Əsas rolları Elxan Cəfərov (Zaur) və Sənubər İsgəndərli (Təhminə) oynayıb.
Filmin quruluşçu rejissoru Ülviyyə Könül olub. Mahnıları Vaqif Səmədoğlu və Cavanşir Quliyev yazıblar.
Filmdə çoxlu tanınmış aktyorlar çəkilib.
Fuad Poladov — Məcid
Gülşad Baxşıyeva — Zivər
Fərhad İsrafilov — Dadaş
Ramiz Novruzov — Muxtar
Gülzar Qurbanova — Mədinə
Nahidə Əliyeva — Firəngiz
Ruslan Nəsirov — Cəmil
Firdovsi Atakişiyev — Spartak
Aleksandr Şarovski — Sergey
Nuriyyə Əhmədova — manikürçü
Filmi “Murad Sinema Kompani”də istehsal olunub.
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.