Formula-1 üzrə dünya çempionatında "Maklaren" pilotu Oskar Piastri 27 illik həsrətə son qoyub.
İdman.biz xəbər verir ki, avstraliyalı sürücü komandanın heyətində ardıcıl üç Qran-pridə qələbə qazanıb.
Piastri 27 il əvvəl Mika Hakkinenin əldə etdiyi uğurunu təkrarlayıb. Fin sürücü 1997-ci ilin son və 1998-ci ilin ilk iki yarışında birinci yeri tutub.
Qeyd edək ki, dünən Mayamidə qalib gələn Oskar bundan əvvəl Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərində finiş xəttini birinci keçib.
İdman.biz