AZ

"Microsoft" rəhbərindən hər kəsi təəccübləndirən süni intellekt açıqlaması

Süni intellekt proqram təminatı inkişafı proseslərində sürətlə yüksəlməyə davam edir. 

Valyuta.az xəbər verir ki, "Microsoft"un baş direktoru Satya Nadella şirkətdə yazılan kodların 1/3-nin artıq süni intellekt tərəfindən yazıldığını açıqlayıb. Bu texnologiyanın iş dünyasında hansı dəyişikliklərə səbəb olacağı isə maraq doğurur.

Satya Nadella bu açıqlamanı "Süni İntellekt İnnovasiyası" mövzusunda keçirilən "LlamaCon" konfransında "Meta" rəhbəri Mark Zukerberqlə söhbəti zamanı səsləndirib. Onun sözlərinə görə, hazırda "Microsoft"un proqramlaşdırma kodlarının təxminən üçdə biri süni intellekt tərəfindən yazılır və bu göstərici qısa zamanda 40 faizə çata bilər.

Nadella süni intellektin köhnə kodların düzəldilməsindən çox, yeni kodların yazılmasında daha səmərəli olduğunu da vurğulayıb.

Bu açıqlama bir neçə ay əvvəl "Alphabet" şirkətinin baş direktoru Sundar Piçainin verdiyi oxşar bəyanatdan sonra gəlib. Piçai "Google" şirkətində yazılan kodların dörddə birindən çoxunun süni intellekt tərəfindən yaradıldığını bildirmişdi. Nadella isə "Microsoft"un kod kitabxanalarının 20-30 faizinin və bəzi layihələrin tam olaraq süni intellekt tərəfindən yaradıldığını qeyd edib.

Həm Nadella, həm də Piçai süni intellektin potensial iş itkilərinə səbəb ola biləcəyinə birbaşa toxunmayıb. Onlar bunun əvəzinə süni intellektin iş rollarını dəyişdirəcəyini bildiriblər. Mark Zukerberq gələcəkdə hər mühəndisin "bir süni intellekt alətləri ordusu ilə çalışan texnologiya lideri" kimi fəaliyyət göstərəcəyini düşündüyünü deyib.

Digər tərəfdən, bəzi şirkətlər bu açıqlamalara skeptik yanaşır. Məsələn, məxfilik yönümlü İsveçrə proqram təminatı şirkəti "Proton" bu açıqlamaya cavab olaraq "X" sosial şəbəkəsində paylaşım edərək, "Bu, düşündüyünüz kimi bir güc nümayişi deyil, "Microsoft", mesajını verib.

Paşa Məmmədli

Seçilən
0
valyuta.az

1Mənbələr