AZ

Netanyahu: İşğalın genişləndirilməsi planı mənim ideyam deyildi

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında hücumları və işğalı genişləndirməyi hədəfləyən və dünən təhlükəsizlik kabinetində təsdiqlənən hücum planının Baş Qərargah rəisi Eyal Zamirin tövsiyəsi olduğunu müdafiə edib.

Turkustan.az xəbər verir ki, Netanyahu X hesabında təhlükəsizlik kabinetinin təsdiq etdiyi hücum planını qiymətləndirən bir video yayımladı.

“Hücumların genişləndirilməsi mənim deyil, Baş Qərargah rəisinin tövsiyəsidir"- Netanyahu bildirib ki, Zamirlə eyni fikri bölüşür.

O, Qəzzaya şiddətli hücuma keçməyə qərar verdiklərini və girdikləri ərazilərdə işğalı qorumaq üçün ehtiyat əsgərlərdən istifadə edəcəklərini bildirib.

Netanyahu hökumətinin 7 oktyabr hadisəsi ilə bağlı dövlət araşdırması başlatmaq istəməməsinə də toxunub və bunu müharibənin sonunda edəcəklərini iddia edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
0
1
turkustan.az

2Mənbələr