AZ

Azırbaycanın məşhur voleybolçusu Macarıstan klubundan ayrıldı

Azərbaycan milli komandasının qadın voleybolçusu Ayşən Abduləzimova Macarıstanın "Vaşaş" klubundan ayrılıb.

Teleqraf-ın məlumatına görə, bu barədə 32 yaşlı idmançının özü sosial şəbəkə hesabı vasitəsilə açıqlama verib.

"6 əla mövsümdən sonra vida zamanı gəldi. Bu 6 ildə mən çoxlu fotolar topladım. Amma onlardan ən sevdiyimi fanatlarımla paylaşmaq istərdim. Hər kəsə - komanda yoldaşları, azarkeşlər və klub əməkdaşlarına hədsiz təşəkkürlər! Siz inanılmaz idiniz! Bu komandanın bir hissəsi olmaq mənim üçün əsl şərəf idi", - deyə o yazıb.

Qeyd edək ki, Ayşən Abduləzimova "Vaşaş"ın heyətində 5 dəfə Macarıstan çempionu və eyni sayda ölkə kubokunun qalibi olub.

Seçilən
0
teleqraf.com

1Mənbələr