Sabahdan birinci siniflərə elektron qəbul prosesində məktəb və müəllim seçimi başlayır
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, 2025-2026-cı tədris ili üzrə birinci sinfə şagirdlərin elektron qeydiyyatı prosesi çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinin başlama saatı dəyişdirilib.
Qurumun ictimaiyyətlə əlaqələr sektorunun aparıcı məsləhətçisi Azər Teymurlu onu da bildirib ki, Azıərbaycan vətəndaşları, eləcə də ölkə ərazisində müvəqqəti, daimi yaşamaq icazəsi olan xarici ölkənin vətəndaşları sistemə digital login vasitəsilə daxil olmalıdırlar. Dövlət Miqrasiya Xidmətinin qaçqın vəsiqəsi, xidməti vəsiqə, BMT-nin qaçqınlar üzrə ali komissarlıgının vəsiqəsi, həmçinin xarici ölkənin vətəndaş pasportu ilə qeydiyyatdan keçmək istəyənlər isə alternativ mərkəzlərə yaxınlaşmalıdırlar. Həmin sənəd növləri üzrə şəxsi kabinet yaradan valideynlər elektron sistemə login-şifrə vasitəsilə daxil olurlar. Daha sonra valideynlər təlim dilini seçməklə növbəti mərhələdə ümumi təhsil müəssisəsinə sorğu yerləşdirməlidirlər.
Bəs birinci siniflərə elektron qəbul prosesində məktəb seçimi zamanı üstünlük hüququ kimlərə verilir?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: