AZ

Kiberdələduzların qurbanı olmamaq üçün nələrə diqqət etmək lazımdır?VİDEO

Son zamanlarda kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir.

Xezerxeber.az-ın xəbərinə görə, informasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirir ki, kiberdələduzlar artıq çox asanlıqla istənilən saytın klonunu yaratmaqla bu əməli həyata keçirirlər.

Ekspert bu kələyin qurbanı olmamaq üçün şirnikləşdirici təkliflərə aldanmamağı tövsiyyə edib.

Daxili İşlər Nazirliyi vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
0
xezerxeber.az

1Mənbələr