Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda 40,96 faiz səslə “Rumınların birləşməsi uğrunda alyans” partiyasının millətçi lideri George Simion qalib gəlib.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.
Daimi Seçki Administrasiyasının məlumatına görə, ikinci yerdə 20,99% səslə paytaxtın hazırkı meri olan müstəqil namizəd Nikuşor Dan qərarlaşıb.
İlk üçlüyü 20,1% nəticə ilə hakim koalisiyanın namizədi Krin Antonesku tamamlayır. Seçkilərin birinci turunda qalib gəlmək üçün namizəd səslərin yarıdan çoxunu almalıdır. Namizədlərin heç biri 50%-dən çox səs toplamadığından Mərkəzi Seçki Komissiyası mayın 18-də ikinci turu elan edəcək.
Bundan əvvəl "Reuters" Simionun qələbəsinin Ukraynaya mənfi təsir edəcəyini yazmışdı. Siyasətçi Avropanın Kiyevə yardımını dəstəkləmir, ona görə də ölkə təcrid və daxili iqtisadiyyata xarici investisiyaların azalması ilə üzləşə bilər.
QAZİLER.AZ