Bakı, 5 may, AZƏRTAC
Qadın voleybolçular ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstanın "Vaşaş" komandasından ayrılıb.
AZƏRTAC xəbər verir, bu barədə 32 yaşlı oyunçu sosial şəbəkə hesabında paylaşım edib. O, komanda ilə vidalaşdığını açıqlayıb.
Qeyd edək ki, Ayşən Abduləzimova "Vaşaş"ın heyətində 5 dəfə Macarıstan çempionu olub.