59 yaşlı Sabirabad sakininə çaqqal hücum edib.
Xezerxeber.az-ın xəbərinə görə, rayonun Sərxanbəyli kənd sakini Kamil Novruzov deyir ki, hadisə gündüz saatlarında baş verib. Çaqqal onun əlini və ayaqlarını dişləyib.
Kamil Novruzov kənd camaatının yardımı ilə çaqqaldan qurtula bilib və yaxınları onu dərhal xəstəxanaya aparıblar.
Onun sözlərinə görə, çaqqallar eyni gün onun qardaşı oğluna da hücum edib. Onlar kəndin digər sakinlərinin də bu yırtıcı heyvanlar tərəfindən zərər görməsini istəmirlər və bu səbəbdən lazımi tədbirlərin görülməsini vacib sayırlar...
Sərxanbəyli kənd bələdiyyəsindən bildirildi ki, sakinlər tərəfindən bu məsələ ilə bağlı bələdiyyəyə heç bir müraciət daxil olmayıb. Əgər müraciət daxil olarsa, aidiyyəti qurumlara məlumat veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: