"Napoli"nin futbolçusu Skott Maktomineyin sevgilisi və atası fırıldaqçılıqla günahlandırılır.

Offsideplus.az xəbər verir ki, o, rəfiqəsi və doğma atası tərəfindən idarə edilən firmaya pul yatırdığı üçün 2,32 milyon funt-sterlinq itirə bilər. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Şotlandiyalı ulduz 1 milyon funt-sterlinq borc götürüb və 1,32 milyon funt-sterlinq şəxsi gəlirindən "Fortress Capital Partners" şirkətinə investisiya edib. Şirkət böhrana uğradıqda isə Maktomineyin yatırımı daxil 20 milyon funt-sterlinq məbləğində iflasa uğrayıb.