BAKI, 5 may. TELEQRAF
Ukrayna Hərbi Hava Qüvvələri Kursk vilayətinin Tetkino bölgəsində Rusiyanın pilotsuz təyyarələri üçün idarəetmə məntəqəsinə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Teleqram” kanalında məlumat verilib.
Məlumata görə, nəticədə 20-yə qədər rusiyalı hərbçi öldürülüb və onların texnikası sıradan çıxarılıb.