İranda sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən məcburi eniş edib. Bildirilib ki, İranın Buşehr şəhərinə uçmaq üçün Tehrandan havaya qalxan “ATA Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən məcburi eniş edib.
İranın Buşəhr hava limanının direktoru Abbas İsmaili texniki nasazlıq səbəbindən məcburi eniş edən sərnişin təyyarəsi ilə bağlı açıqlama verib.
Hava limanı rəsmisi təyyarənin texniki nasazlıq səbəbindən Tehranın Mihrabad hava limanına geri döndüyünü, nasazlıq aradan qaldırıldıqdan sonra təyyarənin səfərinə davam etdiyini bildirib.