BAKI, 5 may. TELEQRAF
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Carlsberg Group"-un nümayəndələri ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə nazir öz sosial şəbəkə hesabında məlumat yayıb.
Müzakirələrimizdə şirkətin Azərbaycanda uğurlu fəaliyyəti, investisiyaların təşviqi istiqamətində görülən işlər, yerli istehsalın genişləndirilməsi, əldə olunan nəticələr və qarşıda duran növbəti addımlar ətrafında müzakirələr aparılıb.