ABŞ prezidenti Donald Trampın göstərişi ilə xüsusi təhlükəli cinayətkarlar üçün nəzərdə tutulmuş “Alkatraz” həbsxanası yenidən açılacaq. Qeyd edək ki, Alkatraz Federal Həbsxanası San Fransisko Körfəzində yerləşir, onun ən məşhur məhbuslarından biri İtaliya mafiyasının rəhbəri Al Kapone olub..
Sfera.az bildirir ki, Tramp qərarını “X” sosial şəbəkəsində açıqlayıb.
Amerika lideri həmçinin həbsxananın əhəmiyyətli dərəcədə genişləndirilməsini və yenidən qurulmasını tələb edib. Tramp öz mövqeyini belə izah edib ki, Amerika çox uzun müddətdir ki, səfalət və əzabdan başqa heç nə gətirməyə qadir olmayan şər, zorakı, təkrarlanan cinayətkarlar və cəmiyyətin pisliyindən əziyyət çəkir.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti küçələrdə çirkab, qan və xaos səpən cinayətkarların girovluğunda olmayacaq.
Onun sözlərinə görə, Alkatraz həbsxanasının açılması ABŞ-da qanunun, nizamın və ədalətin simvoluna çevriləcək. Ədliyyə Departamenti, FTB və Daxili Təhlükəsizlik Departamenti öz işini necə bərpa etmək barədə bütün təlimatları artıq alıb.
Alcatraz niyə bağlandı və orada kimlər həbsdə olub?
Federal yüksək təhlükəsizlik həbsxanası Alcatraz və ya "The Rock" San Fransisko körfəzindəki eyniadlı adada yerləşir. Həbsxana 1912-ci ildə tikilib və əvvəlcə hərbi əsirlərin yerləşdiyi yer olub. Cinayətkarlara qarşı sərt davranışı ilə tanınıb.
1936-cı ildə Alkatraz yenidən qurularaq ABŞ Ədliyyə Nazirliyinə təhvil verilib. Həbsxana ən təhlükəli cinayətkarların saxlanılması üçün istifadə olunurdu: İtaliya mafiyasının rəisi Al Kapone, neft maqnatı Çarlz Urşelin qaçırılmasına görə ömürlük həbs cəzasına məhkum edilmiş Corc “pulemyot” Barnes kimi Alkatrazda həbs edilib.
"The Rock" keçilməzliyi və təhlükəsizlik rejimi ilə məşhurdur: onun fəaliyyət göstərdiyi illərdə məhbuslar 14 qaçış cəhdi etsələr də, heç biri rəsmi olaraq uğur qazanmayıb.
1963-cü ilin martında Alkatraz bağlanıb və məşhur muzeyə çevrilib. ABŞ səlahiyyətliləri bu qərarı adada məhbusların saxlanmasının həddindən artıq xərcləri ilə izah ediblər.