"Arsenal" "Real Madrid"in futbolçusu Rodriqonu transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, “Arsenal” futbolçunu transfer etmək üçün şərtləri nəzərdən keçirir. İddia edilir ki, “Real” Rodriqonu 100 milyon avroya klubdan göndərməyə razılıq verib. Futbolçu özü də klubdan ayrılmaq istəyir. Həmçinin “Real” Arsenal”ın futbolçusu Salibanı transfer etmək istəyir. “Arsenal” da futbolçu üçün 100 milyon avro tələb edir. Şərtlər uyğun olarsan futbolçular mübadilə də edilə bilər. Məlumata görə, “Mançester Siti” də Rodriqonun xidmətində maraqlıdır.