AZ

ABŞ ölkələrinə qayıtmaq istəyən miqrantlara 1000 dollar verəcək

ABŞ-da Donald Tramp administrasiyası öz istəkləri ilə ölkələrinə qayıdan qeyri-qanuni mühacirlərə 1000 dollar yardım edəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamentindən verilən açıqlamaya görə, federal hökumət qeyri-qanuni mühacirlərin geri qayıtmasını sürətləndirmək üçün yeni addım atır.

Müvafiq olaraq, administrasiya qeyri-qanuni olaraq ABŞ-da olan və öz ölkələrinə qayıtmaq istəyən qeyri-qanuni mühacirlərə “səyahət yardımı” kimi 1000 dollar verəcək.

Nazirlik ümid edir ki, bu dəstək sayəsində bəzi qeyri-qanuni miqrantlar öz ölkələrinə daha tez qayıtmağa qərar verəcəklər.

Tramp vəzifəyə gəldiyi gün, yəni yanvarın 20-də imzaladığı sərəncamla qeyri-qanuni mühacirlərin ABŞ-Meksika sərhədinə daxil olmasının tamamilə qarşısını almaq üçün milli fövqəladə vəziyyət elan etdi və bu tarixdən sonra sərhəddə tutulan insanlar deportasiya olunmağa başladı.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
0
2
turkustan.az

3Mənbələr