"Rayo Valekano"nun bu günə planlaşdırılan məşqi baş tutmayıb.
İdman.biz xəbər verir ki, buna səbəb butslar, əlcəklər və digər avadanlıqların oğurlanması olub.
Ötən həftənin cümə günü İspaniya La Liqasının 34-cü turunda "Xetafe"yə 1:0 hesabı ilə qalib gələn komandaya bir neçə gün istirahət verilib. Bu gün səhər saatlarında məşq bazasında gələn komandanın üzvləri bəzi idman ləvazimatlarını yerində tapmayıblar.
Qeyd edək ki, bu hadisə ilk dəfə komandanın başına gəlməyib. Futbolçular bununla bağlı klubun prezidenti Raul Martin Presə müraciət edərək, problemin həllində kömək istəyiblər.
İdman.biz