AZ

Rumıniyanın baş naziri istefa vermək qərarına gəlib

Rumıniyanın baş naziri Marsel Çolaku rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının (SDP) hakim koalisiyadan ayrıldığını və istefa verdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Çolaku bu barədə mayın 5-də partiyanın iclasından sonra jurnalistlərə bildirib.

“Dünən rumınların səs verdiyini gördüm. Bu o deməkdir ki, hakim koalisiyanın ən azı bu tərkibdə legitimliyi yoxdur. Mən həmkarlarıma hakim koalisiyadan çıxmağı təklif etmişəm ki, bu da dolayısı ilə baş nazir vəzifəsindən istefama səbəb olur və bunu sizinlə görüşdən sonra edəcəm”, – Çolaku bildirib.

Baş nazir əlavə edib ki, SDP həmçinin prezident seçkilərinin ikinci turunda Rumıniya prezidenti vəzifəsinə namizəd olan iki namizəddən heç birinə ictimai dəstək verməmək qərarına gəlib.

Onun sözlərinə görə, mayın 18-də seçiləcək gələcək prezident “parlamentdə çoxluq yarada biləcək partiyalarla birlikdə kimin ölkəni idarə edəcəyinə və kimin baş nazir olacağına qərar verəcək”.

Seçilən
0
1
nocomment.az

2Mənbələr