AZ

İcbari Tibbi Sığortadan YENİLİKVİDEO

2025/2026-cı tədris ilindən etibarən 6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq.

Bunu "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda səhiyyə naziri Teymur Musayev deyib. Nazir qeyd edib ki, ötən il Səhiyyə Nazirliyində yaradılmış işçi qrup tərəfindən "Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası" hazırlanıb. Bu Konsepsiya özündə bir çox məsələləri birləşdirir.

Bir sıra xəstəliklər üzrə  dərmanlar İcbari tibbi sığorta çərçivəsində qarşılanacaq. Artıq bu çərçivədə işlərə başlanılıb. Bunu isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib.

Onun sözlərinə görə hazırda Xidmətlər Zərfi çərçivəsində bir sıra tibbi xidmətlərlə yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım zamanı, stasionar müalicə prosesində, eləcə də ambulator şəraitdə aparılan tibbi prosedurlar zamanı istifadə olunan dərman vasitələri, anesteziya xidməti və tibbi sərf materialları icbari tibbi sığorta hesabına qarşılanır.

Bu siyahıya daxil olan dərmanlar üzrə apteklərlə müqavilələrin bağlanılması istiqamətində işlər aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
0
xezerxeber.az

1Mənbələr