AZ

İspaniya klubunun bazasında oğurluq oldu, məşq ləğv edildi

BAKI, 5 may. TELEQRAF

İspaniyanın "Rayo Valyekano" klubunun bazar ertəsinə planlaşdırılan məşqi gözlənilmədən ləğv edilib.

Teleqraf “Union Rayo”ya istinadən xəbər verir ki, La Liqa təmsilçisinin “Las Palmas”la matça hazırlığı gözlənilməz hadisəyə görə ləğv olunub.

Futbolçular meydançaya çıxmadan öncə soyunub-geyinmə otaqlarında bir saatdan çox vaxt keçiriblər. Klubun idman direktoru David Kobeno və komandanın kapitanları iclas keçirib, sonra məşqin keçirilməməsinə qərar veriblər. Mövcud məlumata görə, ləğvə səbəb idman bazasının ərazisində baş verən oğurluq olub. Quldurluqda bir neçə oyunçunun butsları da daxil olmaqla digər ləvazimatlar olub.

Qeyd edək ki, “Rayo Valyekano” mayın 9-da “Las Palmas”la səfərdə üz-üzə gələcək.

Seçilən
0
teleqraf.com

1Mənbələr