Zamiq Əliyev “Football-plus.az”a oyunla bağlı belə dedi:
“Matça yaxşı başladdıq. Qarşılaşma üstünlüyümüz şəraitində keçirdi. Çox yaxşı qol epizodlarımız oldu, amma yararlana bilmədik. Penalti seriyasında şanslar yarı-yarıya olur. Bəxt onlardan yana oldu və qələbə qazandılar. Önümüzdəki oyunda qələbə qazanıb, yenə finala yüksəlmək istəyirik. Bu mövsümü çempion kimi başa vurmaq niyyətindəyik. Bunun üçün də əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
ƏSƏD SEYİDOV