Sumqayıt səfərindən 1 xalla qayıdan “Neftçi” bazar günü “Kəpəz” önündə məğlubiyyətdən son anda qaçdı.
Rauf Cabbarov penalti nöqtəsini göstərməsə, Emin Mahmudovun zərbəsi dəqiq olmasaydı, “ağ-qaralar” elitada qalmaq uğrunda mübarizə aparan rəqibinə məğlub olacaqdı.
Oyunsonrası mətbuat konfransında Samir Abasov ünvanlanan suallara “nə şiş yansın, nə kabab” ruhunda cavablar verməklə suların bulanmamasına çalışdı.
Lakin saytımızın əməkdaşı Həbib Aslanovun ünvanladığı sualın qarşısında hazırcavablığı ilə seçilən Abasov üçün sözün əsl mənasında çıxılmaz vəziyyətə düşdü.